Türkiye mətbuatı: 09.11.2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

1904051
Türkiye mətbuatı: 09.11.2022

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan: ''Terrorçulara sığınacaq verməyin”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsveçin Baş naziri Ulf Kristerssonu qəbul edib. Dövlət başçısı görüş zamanı Kristerssona terrorçulara ev sahibliyi etməmələri ilə əlaqədar çağırış edib. Separatçı terror təşkilatı PKK-ya üzv olan terrorçuların İsveç küçələrində terrorçulara məxsus bez parçaları ilə gəzdiyini qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: “Terror təşkilatlarının İsveçin demokratik mühitini istismar etməsinin qarşısı alınmalıdır”.

''Haber Türk'': Mövlud Çavuşoğlu: "Taxıl və gübrə ixracı qarşısındakı maneələr tam olaraq aradan qaldırılmayıb"
Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamada Rusiyanın taxıl və gübrə ixracı qarşısındakı maneələrin tam olaraq aradan qaldırılmadığını ifadə edib. Mövlud Çavuşoğlu deyib: “Rusiyanın gözləntilərini qarşılamaq üçün hansı addımların atılacağını qiymətləndiririk” .

''Hürriyet'': Ömər Çelik Emmanuel Makrona reaksiya göstərib

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Türkiyeni Afrikada imperialist güc olmaqda ittiham edən Fransa prezidenti Emmanuel Makrona reaksiya verib. Çelik deyib: “Fransız şirkətlərinin Suriyada həm DEAŞ, həm də PKK-ya dəstək verdiyi ortaya çıxdı. Bu səbəbdən cənab Makronun türk millətindən üzr istəmək əvəzinə Türkiyəni “imperialist güc” olmaqda ittiham etməsi böyük səhvdir”.

''Sabah'': "Nazir Dönməz: ''Boru xəttinin 97 faizi tamamlanıb''

Türkiyenin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib: "Qara dəniz qazını quruya çatdırmaq üçün dənizin altından çəkilən boru xəttinin 97 faizi tamamlanıb''.

''Star: “Qoz ağacı” Braziliyada “Ən yaxşı film” mükafatına layiq görülüb 

Rejissor Faysal Soysalın “Qoz ağacı” filmi 6-cı Beynəlxalq Braziliya Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Baş rollarda Serdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mert Yavuzcan, Şebnem Dilligil və ötən həftə dünyasını dəyişən Rıza Akın rol aldığı film  xaricdəki festivallarda 22 mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) dəstəyi ilə çəkilən film 27-ci Adana Film Festivalı, Torino Underground Film Festivalı, Balkan Panorama Film Festivalı və 6-cı London Şəhər Mükafatları Festivalı da daxil olmaqla bir çox festivalda mükafat alıb. 
“Qoz ağacı” filmi həmçinin noyabrın 28-dən dekabrın 3-dək İtaliyada keçirilən 76-cı Salerno Film Festivalının əsas müsabiqəsinə də seçilib.
İranda nümayişi davam edən film noyabrın 10-da “Taste of Anatolia"” film festivalı çərçivəsində Böyük Britaniyanın paytaxtı Londonda numayiş olunacaq.



Әlaqәli Xәbәrlәr