Türkiye mətbuatı, 1 noyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1900294
Türkiye mətbuatı, 1 noyabr 2022

"Vatan": Ərdoğan: "Bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 8-ci Türk Tibb Dünyası Konqresindəki çıxışında Rusiyanın taxıl müqaviləsini dayandırması ilə bağlı “İstanbulda qurduğumuz ortaq mexanizmlə 9,3 milyon ton Ukrayna buğdasını insanlığın xidmətinə təqdim edərək ərzaq böhranının qismi olaraq azalmasına töhfə verdik. Nə qədər də Rusiya özü üçün eyni asanlıqların göstərilməməsi səbəbindən bu mövzuda tərəddütlə rəftar etsə də biz insanlığa xidmət üçün cəhdlərimizi davam etdirəcəyik" deyib. 

"Yenişafak": "Akar Şoyqu ilə taxıl daşınmasını müzakirə etdi

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar Şoyqu ilə telefonla danışıb.

Taxıl daşınması ilə bağlı son vəziyyətin müzakirə edildiyi telefon danışığında nazir Akar bildirib ki, qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və ciddi problemlərin əməkdaşlıq və dialoqla həll oluna biləcəyini göstərən taxıl daşıma təşəbbüsü böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüsə münaqişə şəraitindən ayrı nəzər salınmalıdır. Bu, tamamilə insani fəaliyyətidir və dayandırılması qərarı yenidən dəyərləndirilməlidir.

"Star": Amreyev: "Prezident Ərdoğan öz liderliyi ilə türk dünyasını birləşdirməyi bacardı"

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev “Son 20 ildə Türkiyeni dünyaya tanıdan və təkcə öz regionunda deyil, həm də dünyada söz sahibi olan dövlətlərdən birinə çevirən Prezident Ərdoğan dünya liderliyi ilə türk dünyasını birləşdirməyi bacardı” deyib.

"Habertürk": Fahrettin Koca: "Qlobal sağlamlıq ulduzu olduğumuzu " Health Türkiye" ilə bütün dünyaya elan edəcəyik"

Səhiyyə naziri Fahrettin Koca ""Health Türkiye" markası adı altında güclü dövlət və özəl səhiyyə müəssisələrimiz, ixtisaslı səhiyyə işçi qüvvəmiz, yüksək texnoloji infrastruktur və xidmət keyfiyyətimizlə qlobal səhiyyə ulduzu olduğumuzu bütün dünyaya elan edəcəyik" ifadələrindən istifadə edib.

"Hürriyet": Turistik Şərq Ekspresi səfəri başlayır

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, turistik Şərq Ekspresi (qatar) səfərləri dekabr ayında yenidən başlayacaq.



Әlaqәli Xәbәrlәr