Türkiye mәtbuatı, 19 oktyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1894576
Türkiye mәtbuatı, 19 oktyabr 2022

"Haber Türk": Ərdoğan: "Türkiye cazibə mərkəzinə çevrilib”

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiye artıq savadlı övladlarının karyera məqsədilə xaricə getdiyi deyil, xaricdə təhsil alan övladlarını özünə cəlb edən mərkəzə çevrilib. Türkiye artıq inkişaf etmiş ölkələr sırasındadır".

"Hürriyet": İbrapim Kalın Qərb ölkələrinə Yunanıstanla bağlı reaksiya verib

Prezidentin sözçüsü İbrahim Kalın Qərb ölkələrinin ikiüzlü rəftarlarına reaksiya verib. Yunanıstanın hər gün mühacirləri geri itələməsinə baxmayaraq, Qərbdən bu barədə heç bir reaksiya olmadığını ifadə edən Kalın “Qərbli həmkarlarımız özəl görüşlərdə Yunanıstan onu da edir deyirlər. Niyə bizim qulağımıza Yunanıstan haqqında pıçıldayırsan, niyə açıq şəkildə onların qarşısında danışmırsan?” deyib. 

"Vatan": Yerli raket tam dəqiqliqlə vurdu

“Roket Sanayi ve Ticaret A.Ş.” (ROKETSAN) tərəfindən hazırlanan “Tayfun” yerli raketi Rizə şəhərində sınaqdan keçirilib. Qurudan dənizə uzun məsafədən atışda "Tayfun" 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vurub.

"Star": Yunanıstan əsgərləri Türkiyenin raketlərini canlı izlədi

Yerli və milli silahların da yer aldığı, Türkiye Silahlı Qüvvələrinin atəş gücünün nümayiş olunduğu “Sərbəst Atəş-2022”də ilklər oldu. Hədəfləri tam dəqiqliklə vuran “Fırtına” haubitsaları, “Kargu” kamikadze pilotsuz uçan aparatı və "L-UMTAS" raketlərinin istifadə olunduğu təlimdə ilk dəfə zirehli tank əleyhinə avtomobil üzərindən “Cirit” raketi atılıb. Fəaliyyəti bir çox ölkələrin, o cümlədən Yunanıstan, Ukrayna, Rusiya və ABŞ-ın hərbi attaşeləri izləyib.

"Sabah": THY 2023-cü ildə 2 milyon amerikalı turist gətirməyi hədəfləyir

Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri, professor doktor Əhmət Bolat bu il 1 milyon amerikalının Türkiyeyə turizm məqsədi ilə səfər etdiyini, gələn il 2 milyon amerikalını Türkiyeyə gətirməyi hədəflədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr