Türkiye mǝtbuatı, 10 oktyabr 2022
Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.
"Vatan": "Prezident Ərdoğan: "Son 20 ildə cəmi 164 muzeyi tamamilə yenilədik"
Prezident Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin İstanbul Rəsm və Heykəl Muzeyinin açılış mərasimində etdiyi çıxışında "Son 20 ildə təmir-bərpa işləri apararaq 164 muzeyi tamamilə yenilədik. Ölkəmiz miqyasında 56 muzey ilk dəfə ziyarətə açılarkən, 18 muzeyimizi isə yeni inşa edilən binaları istifadəyə verdik" ifadəsini işlədib.
"Hürriyet": Çavuşoğlu: Suriyadan Liviyaya qədər Türkiyenin hüquq və mənafelərini qorumağa borcluyuq”
Dünən Fransanın Strasburq şəhərində Türkiye vətəndaşları ilə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu “Bizim prioritetlərimiz var, Suriyadan Liviyaya qədər Türkiyenin hüquq və mənafelərini qorumağa borcluyuq” deyib.
"Sabah": Türkiyenin Almaniyaya ixracı bütün zamanların ən yüksək həddə çatıb
Türkiyenin Almaniyaya ixracı 2022-ci ilin yanvar-sentyabr aylarında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 14 milyard 258 milyon dollara çataraq, bütün zamanların ən yüksək yanvar-sentyabr rəqəminə çatdı.
Star: "Dünyanın ən yaxşısı Türkiyedədir! Sərnişin sayı yüzdə 51 artdı"
Dünyanın ən yaxşı hava limanı seçilən İstanbul Hava Limanında 47 milyon 572 min sərnişinə xidmət göstərilib. Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu tranzit sərnişinlər də daxil olmaqla, ümumi sərnişin dövriyyəsinin yanvar-sentyabr dövründə 51 faiz artaraq 138 milyonu keçdiyini açıqladı.
"Haber Türk": Türkiyenin Futbol üzrə Milli Paralimpiya Komandası dünya çempionu oldu
Türkiyenin Futbol üzrə Milli Paralimpiya Komandası 2022-ci il Dünya Çempionatının finalında Anqolanı 4:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempion oldu. Yığma komandaya kuboku qazandıran qolları Ömər Güleryüz, Rəhmi Özcan (2) və Serkan Dərəli vurdu.