Türkiye mǝtbuatı, 7 oktyabr 2022

Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1889528
Türkiye mǝtbuatı, 7 oktyabr 2022

"Haber Türk": Ərdoğandan Makrona: "Hər şey Avropadan ibarət deyib"

Prezident Rəcəb Tayyib Ərdoğan "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün getdiyi Çexiyanın paytaxtı Praqada keçirilən sammit öncəsi Azərbaycan Prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla üçtərəfli görüş keçirib. Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban və Fransa prezidenti Emmanuel Makronla da danışıb. Türk Dövlətləri Təşkilatı ilə bağlı söhbət zamanı Ərdoğan Makrona “Səni də qəbul edək. Hər şey Avropadan ibarət deyil" deyib.

"Sabah": Ərdoğandan Praqada Ermənistan və Yunanıstana mesaj

Prezident Ərdoğan Praqada verdiyi açıqlamada Ermənistanla tam normallaşma hədəfinə inandığını bildirib. Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin təxribat xarakterli hərəkətləri ilə bağlı Ərdoğan “Hazırda Yunanıstanla müzakirə edəcəyimiz bir şey yoxdur” deyib.

"Hürriyet": TANAP boru xəttinin ötürücülük qüvvəsi iki dəfəyədək artırılacaq

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez İstanbulda keçirilən 2-ci Türkiye-Azərbaycan Enerji Forumunda iştirak edib. Dönmez TANAP boru xəttinin ötürücülük qüvvəsinin iki dəfəyədək artırılması ilə bağlı qərar verilib. Hazırda TANAP ilə ildə 16 milyard kubmetr qaz daşınır. Bunun 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyeyə çatdırılır. Qısa zaman ərzində bu ötürücülük 32 milyard kubmetrə çatdırılacaq. Şübhəsiz ki, bundan Türkiye də istifadə edəcək və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Əhəmiyyətli hədəflərimizdən biri də təbii qaz sahəsi üzrə infrastrukturun inteqrasiyasına bənzər addımı elektrik sahə üzrə atmaqdır. Naxçıvan ilə məhdud enerji ticarətimizi artırmağı da hədəfləyirik. Davam edən layihələrdən biri də İğdır-Naxçıvan təbii qaz boru xəttidir. Bu layihənin də ən qısa zamanda təməlini atıb, təbii qaz bağlantısını quracağıq” deyib.

"Star": Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti BMT-yə reaksiya göstərdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Şimali Kıbrıs Türk Cümhuriyyətinin Kıbrıs Türk xalqının suveren dövləti olduğunu vurğulayaraq, bu torpaqlarda fəaliyyət göstərəcək xarici güclərin ölkə səlahiyyətlilərindən icazə almasının vacibliyini vurğulayıb. Ərtuğruloğlu "Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələri Kipr Rum tərəfinin razılığı ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti ərazisində fəaliyyət göstərə bilməz" deyib.

"Yeni Şafak": Amerikalı aktyor Robert Davi İstanbul Hava Limanına heyran oldu

Dünyaca məşhur amerikalı aktyor Robert Davi İstanbul Hava Limanına heyran olub. Davi təyyarədən enərkən sosial media hesabında yayıma başlayıb və hava limanı üçün tərifli sözlər danışıb. Məşhur aktyor deyib: “Həqiqətən də çox gözəl hava limanıdır. Düşünürəm ki, ABŞ-da hava limanları həqiqətən depressiyaya düşüb".



Әlaqәli Xәbәrlәr