Mətbuatdan günün xülasəsi, 4 oktyabr 2022

“Hürriyet”, “Sabah”, “Star”, “Haber Türk” və “Yeni Şafak” nələrdən yazır?

1887942
Mətbuatdan günün xülasəsi, 4 oktyabr 2022

 

“Hürriyət”: Ərdoğan “Türk əsrini birlikdə quracağıq” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də İstanbulda keçirilən İştirak Maliyyə Strategiyası Sənədinin Tanıtım Toplantısında etdiyi çıxışında “Ümid edirəm ki, qlobal inkişaflara görə bir müddət yaşadığımız inflyasiya problemini aşaraq Türk əsrini birlikdə quracağıq" deyə vurğulayıb.

“Sabah”: Çavuşoğlu “Biz tərəddüd etmədən Liviyanın yanında olacağıq" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 3-də rəsmi səfəri çərçivəsində getdiyi Liviyanın paytaxtı Tripolidə Türkiyənin çətin anlarda Liviya və xalqının yanında olduğunu və çəkinmədən ona dəstəyini davam etdirəcəyini söyləyib. Çavuşoğlu Türkiyə ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumun imzalandığını da bildirib.

“Star”: “İngiltərə üzərinə düşən məsuliyyəti yerinə yetirmir, güvəndiyimiz tək ölkə Türkiyədir"

  Şimali Kipr Türk Respublikasının (ŞKTR - Qıbrız) prezidenti Ersin Tatar Amerika Birləşmiş Ştatlarının Kiprə tətbiq edilən silah embarqosunun ləğvində qarant ölkə kimi Böyük Britaniyanın öhdəliklərinin olduğunu xatırladaraq “Bizim güvəndiyimiz yeganə ölkə Türkiyə respublikasıdır" deyib.

“Haber Türk”: Pamukkaleyə 9 ayda 1 milyon 557 min adam gəlib

  Türkiyənin Dənizli rayonundakı dünyaşöhrətli turizm mərkəzi Pamukkaleyə 2022-ci ilin 1 yanvar - 30 sentyabr tarixləri arasında 1 milyon 557 min 851 adam gəlib.

“Yeni Şafak”: 5000 illik kasa İzmirdə Yassıtəpədə tapıldı

  Türkiyənin İzmir vilayətinin Bornova rayonundakı Yeşilova kurqanında aparılan Yassıtəpə qazıntılarında 5000 il əvvələ aid kasa tapılıb. Elmi araşdırma qrupunun rəhbəri, dosent Zəfər Dərin qalıqları araşdıraraq 5 min il əvvəl yemək və qida mədəniyyəti haqqında da yeni məlumatlar əldə edilə biləcəyini söyləyib.

 



Әlaqәli Xәbәrlәr