Türkiye mǝtbuatı, 30 sentyabr 2022

Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1886570
Türkiye mǝtbuatı, 30 sentyabr 2022

"Vatan": “Ərdoğan Putinlə görüşdü”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən (29 sentyabr 2022) Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon söhbəti zamanı Ərdoğan Putindən danışıqlara daha bir şans verməsini istəyib.

"Sabah": Nazir Çavuşoğlunun Yunanıstana reaksiyası

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib. Nazir Çavuşoğlu "Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq" deyib.

"Haber Türk": Türkiye Silahlı Qüvvələri 140 km daxildə əməliyyat keçirdi

Milli müdafiə naziri Hulusi Akar dünən (29 sentyabr) verdiyi açıqlamada "Türkiye Silahlı Qüvvələri (TSQ) 27 sentyabrda 140 kilometr içəri girərək, İraqın şimalındakı Asosda terrorçuların 16 mağarasına, sığınacağına və sözdə komanda məntəqəsinə zərbələr endirib" deyə bildirib. 

"Hürriyet": Zelenskidən Ərdoğana təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra dövlət başçısı Ərdoğana “Ukraynanın regional bütövlüyü və suverenliyinə verdiyi dəstəyə” görə təşəkkür edib.

"Star": "Bayraktar SİHA" Avropada daha bir ölkənin inventarına girdi

Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Türkiyedən almaq üçün müqavilə bağladığı "Bayraktar SİHA"-larının çox yaxında istifadəyə veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr