Mətbuatdan günün xülasəsi, 29 sentyabr 2022

“Sabah”, “Hürriyet”, “Haber Türk”, “Star” və “Yeni Şafak” nələrdən yazır?

1886106
Mətbuatdan günün xülasəsi, 29 sentyabr 2022

 

“Sabah”: Adaları silahsızlaşdırmalıdırlar

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziyada verdiyi açıqlamada Yunanıstan tərəfindən Egey adalarına ABŞ döyüş gəmilərinin göndərilməsinə toxunaraq deyib: "Bu adaların tərksilah edilməsi mütləqdir. ABŞ-dan gözləntimiz Yunanıstanı səhv hesablamamaq və beynəlxalq ictimai rəyin manipulyasiya edilməsinə imkan verməməkdir”.

“Hürriyet”: MTŞ-nin Yunanıstanın təxribatçı hərəkətlərinə reaksiyası

  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sədrliyi ilə keçən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verdiyi açıqlamada bildirib: “Yunanıstanın əbəs cəhdlərinə qarşı millətimizin mənafeyini qorumaq üçün hər cür qanuni üsul və vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”.

“Haber Türk”: Dönmez “Xəzərin şərqi ilə qərbini birləşdirməliyik" dedi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyə dövlətləri arasında elektrik, neft və təbii qaz əlaqələrinin qurulması üçün daha çox səy göstərilməli olduğunu, atılacaq əməkdaşlıq addımları ilə Xəzərin şərqi ilə qərbinin birləşdirilə biləcəyini söyləyib.

“Star”: THY “Lufthansa”nı keçdi

  Türkiyə Hava Yollarının son zamanlar bir-birinin ardınca aldığı mükafatlar Almaniya mətbuatında geniş əks-səda doğurub. Almaniyanın "Spiegel" qəzeti "THY “Lufthansa”nı geridə qoydu" başlığını manşetlərə çıxarıb.

“Yeni Şafak”: Almaniya və Rusiya turistlərinin mövsümdənkənar Antaliya səfəri

  Antaliyada yay mövsümünün başa çatmasına baxmayaraq, xarici turistlərin sayı rekord həddə çatıb. Şəhər valisi Ersin Yazıcı hava yolu ilə şəhərə gələn xarici turistlərin sayının 10 milyon 788 min 467-yə çatdığını bildirib. Antaliya Hava Limanında Almaniya və Rusiya turist izdihamı kameralarda da əksini tapıb.



Әlaqәli Xәbәrlәr