Türkiye mətbuatı, 23 sentyabr 2022

Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1883481
Türkiye mətbuatı, 23 sentyabr 2022

"Sabah": Ərdoğandan diqqətçəkici mesajlar

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin son günündə Nyu-Yorkda "Türkevi"ndə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan BMT-nin Türkiyenin dediyi nöqtəyə gəlməyə başladığını bildirib. Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün hər kəsin məsuliyyət daşımasının vacibliyini ifadə edən Ərdoğan Putinin nüvə müharibəsi eyhamına görə də daha yüksək daha çox qarşılıq ödəmək anlayışından imtina edilməli olduğunu şərh edib.

"Hürriyet": “New York Times" prezident Ərdoğanın diplomatiyadakı uğurunu təriflədi

ABŞ-da dərc olunan "New York Times (NYT) qəzeti Rusiya-Ukrayna böhranında prezident Rəcəb Tayyib Ərdoğanın rolunu yüksək qiymətləndirib. Ərdoğanın müharibə boyu Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətini davam etdirərək, müharibənin qlobal təsirlərini yumşaltmağa çalışdığı vurğulanıb.

"Yeni Şafak": “Müharibə əsiri mübadiləsinə görə BMT-dən Türkiyeyə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında 200-dən çox hərbi əsir mübadiləsində oynadığı rola görə Türkiyeyə təşəkkür edib.

"Star": Türkiyə ilə Milli Döyüş Təyyarələri ortaqlığı: "Qürur duyuruq"

Milli döyüş təyyarələri üçün Türkiye-"Rolls Royce"  ortaqlığından danışan İngiltərənin xarici işlər naziri Ceyms Kleverli “Türkiye bir NATO ölkəsi, "Rolls Royce" da bir ingilis şirkətidir və bununla fəxr edirik. Dünyadakı dostlarımızın da bu böyük şirkətlərlə işləməsindən məmnunam” deyib.

"Vatan": İstehlakçı güvən indeksi 72,4 oldu

Türkiye Statistika Təşkilatı (TÜİK) və Türkiye Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən istehlakçı meyl anketinin nəticələrindən hesablanan mövsümi təsirlərdən təmizlənmiş istehlakçı güvən indeksi sentyabr ayında əvvəlki ay ilə müqayisədə 0,3 faiz artdı; Avqustda 72,2 faiz olan indeks sentyabrda 72,4 faiz təşkil edib.



Әlaqәli Xәbәrlәr