Türkiye mətbuatı, 22 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1882954
Türkiye mətbuatı, 22 sentyabr 2022

"Vatan": Prezident Ərdoğanın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində 200 hərbi əsir mübadiləsinin olduğunu açıqlayıb.

"Star": BMT-yə damğa vuran sözlər: Türkiye alqışlanmağı haqq edir

Almaniya kansleri Olaf Şolts Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında etdiyi çıxışında Türkiyeni tərifləyən sözlər səsləndirdi. O.Şolts "Türkiyenin vasitəçiliyi ilə taxıl ixracının yenidən təmin edilməsi böyük təqdirə layiqdir" deyib.

"Hürriyet": Əminə Ərdoğan: "Mətbəx mədəni irsin ən mühüm elementlərindən biridir"

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan ABŞ-ın Nyu York şəhərində türk mətbəxinin təbliğ olunduğu qastronomiya proqramında “Mətbəx mədəni irsin ən mühüm elementlərindən biridir” deyib.

"Sabah": 14,2 milyard dollarlıq hazır geyim ixracı

Hazır geyim sənayesi ilin 8 ayında 14 milyard 248 milyon dollarlıq ixracatla yanvar-avqust aylarında bütün zamanların ən yüksək ixracatını əldə etdi. Eyni dövrdə sektor Almaniyaya 2,5 milyard dollar, İspaniyaya 1,8 milyard və Böyük Britaniyaya 1,4 milyard dollarlıq ixrac reallaşdırıb.

"Haber Türk": "Costa Venezia" gəmisi ilə min 502 sərnişin Bodruma gəldi

İtaliya bayraqlı "Costa Venezia" adlı kruiz gəmisi dünən Muğla vilayətinin Bodrum qəsəbəsinə 1502 turist gətirib. Gömrük prosedurlarından sonra gəmidən düşən sərnişinlər Bodrum turuna çıxıb və tarixi yerləri gəziblər.



Әlaqәli Xәbәrlәr