Türkiye mətbuatı, 20 sentyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1881923
Türkiye mətbuatı, 20 sentyabr 2022

"Hürriyet": Ərdoğan təhsildə bərabər imkanlara diqqət çəkib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurasında keçirilən “Təhsildə Transformasiya Zirvəsi”ndə etdiyi çıxışda təhsildə fürsət bərabərliyini vurğulayaraq, “Bizim "Haydi qızlar məktəbə” kampaniyamızla qız uşaqlarımızın təhsilə həvəsləndirərək məktəbə getmə nisbətini 90 faizə çıxardıq" deyib.

"Yenişafak": Fuat Oktay Pelosinin Ermənistandakı açıqlamalarına reaksiya verdi
Vitse-prezident Fuat Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistandakı açıqlamalarına sərt reaksiya verib. Oktay Pelosinin "tarixi və cari faktlarla bir araya sığmayan, tamamilə xoş niyyətdən uzaq, qərəzli nöqteyi-nəzəri əks etdirən və diplomatik səyləri təxrib edən bəyanatlar heç vaxt qəbuledilməzdir" deyib.

"Sabah": ABŞ-da Əminə Ərdoğana mükafat

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğana ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) Nyu-Yorkda keçirilən mərasimində təhsil, ətraf mühit və humanitar yardım sahələrində müsəlman qadınlara sosial layihələr üçün verilən “Beynəlxalq uğur və cəmiyyətə töhfə” mükafatı təqdim olunub.

"Habertürk": İlk türk kosmos səyahətçisi üçün ABŞ şirkəti ilə sənədlər imzalandı

Sənaye və texnologiya naziri Mustafa Varank ilk türk kosmos sərnişininin təlim və uçuş xidməti üçün Parisdə "Axiom Space" ilə müqavilə imzalandığını açıqladı.

"Star": Türkiyeyə axışırlar

Enerji böhranından sonra donmaqdan qorxan avropalı qışı Türkiyedə keçirəcək. Hesabları 10 dəfədən çox artan avropalılar qışı keçirmək üçün Türkiyedəki otellərə axışır. Noyabr ayı üçün sifarişlər artıq 50 faiz artıb.



Әlaqәli Xәbәrlәr