Türkiye mәtbuatı, 9 sentyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1877715
Türkiye mәtbuatı, 9 sentyabr 2022

"Sabah": Prezident Ərdoğan: "Putin haqlıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Xorvatiyada taxıl nəqliyyatı ilə bağlı verdiyi açıqlamada "(Rusiya prezidenti Vladimir) Putinin haqqı var. Taxıl nəqliyyatındakı taxıl kasıb ölkələrə yox, zəngin ölkələrə getdi. Sanksiya tətbiq edən ölkələrə taxılın getməsi Putini narahat etdi. Bunları müzakirə edəcəyik. Səmərqənddə bu mövzuları müzakirə edəcəyik. Ümid edirik ki, taxıl nəqliyyatı Rusiyadan da başlasın” deyib.

"Star": Xarici İşlər Nazirliyinin BMT-nin “Uyğur” hesabatı ilə bağlı bəyanatı

Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Çinin Sincan-Uyğur Muxtar Bölgəsində insan haqlarının vəziyyəti ilə bağlı hesabatına dair deyib: “ Bölgədə yaşayan uyğur türkləri və digər müsəlman azlıqlarla bağlı ölkəmizdə və beynəlxalq ictimaiyyətdə səslənən narahatlıqları təsdiq edəcək xüsusiyyətdədir" ifadələrindən istifadə edib. 

"Habertürk": Rusiyaya ixracatda tarixi zirvəyə çatıldı

Türkiyenin Rusiyaya ixracı avqust ayında 738 milyon 527 min dollarla bütün zamanların ən yüksək aylıq rəqəminə çatdı.ıb.ıb.

"Hürriyet": THY avqustda 7,8 milyon sərnişin daşıyıb

"Türk Hava Yolları" avqust ayında həm daxili, həm də xarici olmaqla ümumilikdə 7,8 milyon sərnişin daşıyıb. 2022-ci il avqustun sonunda aviaşirkətin təyyarə sayı 387 olub.

"Yenişafak": Obamanın Emmi mükafatını qazandığı istehsalın afişasında türk imzası

ABŞ-ın sabiq prezidentlərindən Barak Obamanın Emmi mükafatlarında “Ən yaxşı hekayəçi” mükafatına layiq görüldüyü əsərin afişasını Hollivudda agentliyi olan türk dizayner Əli Aydın hazırlayıb. Aydın "Dünyanın gözəllikləri, təbiət və canlılar aləmi ilə bağlı bu sənədli filmin bir parçası olmaqdan çox xoşbəxtəm" deyib.



Әlaqәli Xәbәrlәr