Türkiyә mәtbuatı, 12 avqust 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1866821
Türkiyә mәtbuatı, 12 avqust 2022

"Haber Türk": Ərdoğan Beştepe Millet Konqresi və Mədəniyyət Mərkəzində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan dünən (11 avqust 2022) verdiyi açıqlamada "Türkiyənin elektrik istehsal gücünə ildə 1,9 milyard kilovat-saata yaxın töhfə verəcək ən yüksək bəndimiz olan Yusufeli tamamlanma mərhələsindədir" deyib.

"Star": Flores: "Türkiyənin oynadığı rola heyranam"

Qvatemalanın xarici işlər naziri Flores Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki roluna toxunaraq, “Türkiyənin diplomatiyasının bu məsələdə oynadığı rola heyranam. Çox vacib bir razılaşma təmin etdilər və dünyaya ümid verdilər” deyib.

"Hürriyet": Nazir Dönməz təbii qazla bağlı açıqlama verib

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez dünən (11 avqust 2022) Qara dəniz qazı ilə bağlı verdiyi açıqlamalarda deyib:
"Mart ayında öz qazımızdan istifadə edə bilərik".

"Vatan": Nazir A.Karaismailoğlunun İstanbul Hava Limanı haqqında açıqlaması

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu İstanbul Hava Limanının hər keçən gün Avropa hava limanlarını geridə qoyaraq birinciliyini gücləndirdiyini ifadə edərək, "İstanbul Hava Limanı kimi meqa sərmayələrimiz və aldığımız digər tədbirlər sayəsində baqajda, nəqliyyatda və uçuşlarda hər hansı problem yaşamırıq" deyib.

"Sabah": THY iyulda 7,8 milyon sərnişin daşıyıb

Türk Hava Yolları (THY) iyul ayında həm daxili, həm də beynəlxalq 7,8 milyon sərnişin daşıyıb. Sərnişindaşıma nisbəti isə 2022-ci ilin iyul ayı ərzində 86,1 faiz təşkil edib.



Әlaqәli Xәbәrlәr