Türkiyә mәtbuatı, 5 avqust 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1863947
Türkiyә mәtbuatı, 5 avqust 2022

"Star": Nazir Çavuşoğlu: "Türkiyə olaraq səylərimizi davam etdirəcəyik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən (4 avqust 2022) verdiyi açıqlamada “Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ciddi səviyyədə səy göstərir. Bununla bağlı cəhdlərimizi davam etdirəcəyik” deyib.

"Yeni Şafak": Peskovdan taxıl dəhlizi açıqlaması: "Ərdoğanın töhfəsi böyükdür”

Kremlin sözçüsü Dmirtiy Peskov dünən (4 avqust 2022) İstanbulda iyulun 22-də imzalanan taxıl dəhlizi müqaviləsinə toxunaraq, "Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsən böyük töhfəsi var" deyib.

"Hürriyet": Karaismailoğlu: "Məqsədimiz "Türksat 6A"-nı 2023-cü ilin ikinci rübündə kosmosa çıxarmaqdır”

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Məqsədimiz Türksat 6A-nı 2023-cü ilin ikinci rübündə kosmosa göndərməkdir. "Türksat 6A"-nı 2023-cü ildə kosmosa göndərdiyimiz zaman Türkiyə kosmosda özünü təmsil edən ilk 10 ölkədən biri olacaq" deyib.

"Vatan": Yerli avtomobil TOGG-dan həyəcanlandıran paylaşım

Yerli avtomobil TOGG-un "Twitter" hesabında edilən paylaşımda, "Gemlik Kampusumuzda quraşdırdığımız ilk "TruGo" enerji doldurma məntəqəsində cihazlarımızı sınaqdan keçirməyə başladıq. Cihaz 25 dəqiqə ərzində 80 faiz batareya doldurma sürətini təmin etdi" deyilib.

"Sabah": “Sədaqət Həsən” filmi nümayiş olunduğu Fransada rəğbətlə qarşılandı

Rejissor Semih Kaplanoğlunun mükafat qazanmış  “Sədaqət Hasan” filmi Fransada nümayişə qoyuldu. Ölkənin aparıcı media orqanları filmi yüksək qiymətləndiriblər.



Әlaqәli Xәbәrlәr