Türkiyǝ mǝtbuatı, 25 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1767693
Türkiyǝ mǝtbuatı, 25 yanvar 2022

"Vatan": Ömər Çelik Rusiya-Ukrayna böhranını qiymətləndirdi

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik dünən verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna ilə bağlı mesajlarının dünyada göstərdiyi təsirin güclü olduğunu bildirdi. Çelik "Bir çox ölkə böhranın yalnız bir tərəfinə səslənə bildiyi halda, böhranın hər iki tərəfində, yəni həm Ukrayna tərəfində, həm də Rusiya tərəfində müsbət qarşılanan mesajları və iradələri yalnız Türkiyə ortaya qoya bilir" dedi.

"Sabah": Nazir Kocadan ümid bəxş edən "omicron" açıqlaması

Səhiyyə naziri Fahrettin Koca dünən verdiyi açıqlamada, ""Omicron" variantı epidemiyanın sona çatmasında ümidi ola bilər. Elmi araşdırmaların nəticələrinə görə peyvənd qəbul etmiş insanlar "omicron" virusuna yoluxduğu zaman həm xəstəliyi asanlıqla sovuşdururlar, həm də immunitet səviyyələri yüksəlir. Peyvəndinizi almaqla sabaha ümidli olun. Epidemiya gündəmdən çıxacaq" ifadələrindən istifadə edib.

"Star": “Həm ölkəmizin, həm də Türkiyənin maraqlarının keşiyindəyik”

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri, Milli Birlik Partiyasının (UBP) sədri Faiz Sucuoğlu dünən verdiyi açıqlamada, “Biz türk millətinin cənubundakı bir parçasıyıq, yəni Aralıq dənizindəki keşikçisiyik. Mavi Vətənin tam ortasında həm KKTC, həm də Türkiyənin maraqlarının keşikçiləriyik" deyib.

"Hürriyet": "Tesla"nın Türkiyə həmləsi

Elektrikli avtomobil nəhəngi "Tesla" Türkiyədə qurduğu 'Tesla Motors' adlı şirkətlə bağlı üç mühüm addım atdı. Şirkətin meneceri daha əvvəl "Lufthansa" Türkiyə-İraq şirkətinin meneceri vəzifəsində çalışmış Kemal Geçer olub. Şirkət tez bir zamanda təşkilatlanmasını tamamlayacaq və bu il "Model X", "Model Y", "Model 3" və "Model S" adlı 4 modeli satışa çıxaracaq.

"Haber Türk": Xam polad istehsalında rekord

Türkiyənin xam polad istehsalı keçən il 2020-ci il ilə müqayisədə 12,7% artımla 40 milyon tonu keçərək bütün zamanların ən yüksək istehsal həcminə çatıb.



Әlaqәli Xәbәrlәr