Türkiyə mətbuatı, 28 dekabr 2021
Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər
"Hürriyet": Nazir Çavuşoğlu açıqladı... "Ermənistanla ilk görüş Moskvada keçiriləcək”
Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında planlaşdırılan görüşlərlə bağlı "İki tərəf də öz nümayəndəsini təyin etdi. Bizim təəssüratımıza görə, ilk görüş Moskvada keçiriləcək, Ermənistanın bu istiqamətdə istəyi var. Lakin ilk görüşdən başqa, biz birbaşa təmasların olmasını istəyirik" dedi.
"Yeni Şafak": “Turkovac" vaksininə xaricdən tələb var
Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri Professor Doktor Erhan Akdoğan təcili istifadəyə icazə verilən "Turkovac" üçün xaricdən tələblərin olduğunu və lazımi planlaşdırmanın aparıldığını bildirdi.
"Haber Türk": Nazir Varank: "X-ray aparatları artıq ASELSAN tərəfindən yerli istehsal olunur"
Sənaye və texnologiya naziri Mustafa Varank milyonlarla dollarlıq büdcə kəsirinə səbəb olan xaricdən gətirilən rentgen cihazlarının artıq ASELSAN tərəfindən yerli istehsal ediləcəyini açıqladı.
"Sabah": İstanbul hava limanlarından yük və ticari uçuşların sayı artdı
Cari ilin 11 aylıq dövründə İstanbulun bütün hava limanlarından giriş-çıxış reysləri ilə daşınan yüklərin miqdarı 30, ticarət reysləri isə 45 faiz artmışdır.
"Star": Milli üzgüçü Emre Sakçıdan dünya rekordu
Milli üzgüçü Emre Sakçı Dünya Qısa Məsafə Çempionatında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 24:95 göstərici ilə rekord qırdı.