Türkiyə mətbuatı, 26 noyabr 2021

Türkiyə  mətbuatında  dünya  və  ölkə  gündəliyinə  dair  dərc olunmuş  xəbərlər

1739005
Türkiyə mətbuatı, 26 noyabr 2021

“Haber Türk”: Türkiyə iqtisadi hədəflərə fokuslanıb

Milli Təhlükəsizlik Şurasında (MTŞ) Türkiyənin qurduğu möhkəm infrastruktur üzərində investisiya, istehsal, məşğulluq və ixracyönümlü iqtisadi siyasətlərin həyata keçirilməsi prosesində qarşılaşdığı və qarşılaşa biləcəyi çətinliklər, o  cümlədən təhdidlər qiymətləndirilib. Türkiyə Respublikasının  yaranmasının 100-ci il dönümünün qeyd olunacağı  2023-cü ilə, hər sahədə olduğu kimi iqtisadi cəhətdən də güclü çatılacağı vurğulanıb.

“Hürriyet”: “TÜRKOVAC” ilin sonuna qədər istifadə  edilə biləcək

Türkiyənin Yeni növ koronavirus  əleyhinə  qarşı hazırladığı  yerli peyvənd “TÜRKOVAC”-ın istifadəsinə   təcili icazə  verilməsi  tələb  edilib.  Səhiyyə Naziri Fahrettin Koca,  peyvəndin  təcili  isifadəsinə   dair edilən  müraciətdən  sonra  verdiyi   açıqlamada   Araşdırma və İnkişaf (Ar-Ge) İstehsal  Mərkəzinin  tenderinin qarşıdakı   günlərdə   keçiriləcəyini   bildirib.

“Vətən”: Türkiyənin bank sektoru çox güclüdür

Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu bank sektorunun Türkiyənin  və  dünyanın  ən güclü sektorları  arasında  iştirak  etdiyini  bildirib.   

“Star”: Ukrayna: “Türkiyə ilə etdiyimiz əməkdaşlıq bölgədə siyasi çehrəni dəyişdirdi”

 Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyə və Ukraynanın yaxınlaşması  ilə  regionda  mənzərəsinin dəyişdiyini   bildirib  və  yeni gündəmlər yaratdığına  diqqpət  çəkib. O  qeyd  edib  ki,  iki ölkə təkcə öz aralarında deyil, Qara dənizə təsir edən Balkan bölgələri, Qafqaz, Şərqi Aralıq dənizi və Şərqi Aralıq dənizi regionunda əməkdaşlığı nəzərdən keçirməlidir.

“Yeni Şafak”: “Qalatasaray pley-offa yüksəlib”

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu qarşılaşmaları  çərçivəsində “Qalatasaray” doğma meydanda Marsel “Olimpik”i 4:2 hesabla   udaraq  pley-offa yüksəldi.  



Әlaqәli Xәbәrlәr