Türkiyə mətbuatı, 25 oktyabr 2021

Türkiyə mətbuatında bu gün (25  oktyabr) ölkə  və  dünya  gündəminə  dair dərc olunmuş xəbərlərin  xülasəsi.

1724259
Türkiyə mətbuatı, 25 oktyabr 2021

“Star”: “Qarabağda bir ilk: Açılış mərasiminə prezident Ərdoğan da iştirak edəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan son bir ildə üçüncü dəfə Azərbaycana səfər edəcək. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi  “Füzuli Beynəlxalq Hava Limanı” sabah Ərdoğanın da iştirak edəcəyi mərasimlə istifadəyə veriləcək.

“Haber Türk”: Daxili işlər naziri Süleyman Soylu, zərərsizləşdirildiklərini açıqladı

Daxili işlər naziri Soylu Hakkaridə 2 terrorçunun zərərsizləşdirildiyini bildirib. Soylu dünən verdiyi açıqlamada, Çukurca sərhədindən  ölkə  ərazilərinə  daxil olan 2 terrorçu Jandarma  qüvvələrinə  məxsus silahlı  pilotsuz uçuş  aparatların (J- SİHA) yaxın hava dəstəyi və quru əməliyyat  nəticəsində   məhv  edildiyini  bildirib.

“Sabah”: Səlahiyyətli qızıl  istehsalı  ilə  əlaqəli  təqvim  açıqladı

Türkiyənin “milli enerji və mədənçilik” siyasəti çərçivəsində işlər  sürətlə   aparılır. “Tarım Kredi ve Gübretaş Mədən Yatırımları Anonim Şirkətinin” İdarə Heyətinin rəhbəri  Faxrəddin Poyraz, Biləcik şəhərinin  Söğüt rayonundakı  qızıl ehtiyatı və mədən sahəsində  aparılan  işlərə  dair   açıqlama  verib.  Qeyd  edib  ki, aparılan   fəaliyyətlər  çərçivəsində  ilk qızıl külçəmizi 2022-ci ilin sonu  etibari  ilə  əldə  edərək  Türkiyə iqtisadiyyatına qazandırmağı   planlayırıq.  

“Yeni Şafak”: Yüksək sürətli hədəf təyyarə sistemi,  raketə çevrildi.

Müdafiə Sənayesi Rəhbərliyinin Başçısı İsmayıl Dəmir, sosial media   hesabından paylaşdığı açıqlamada Türk Təyyarə Sənayesi Anonim Şirkəti (TUSAŞ) tərəfindən hazırlanan Yüksək sürətli Hədəf Təyyarə Sisteminin  uzun məsafələrdəki  hədəfi vurabiləcək  raketə  çevrildiyini  bildirib. 

“Hürriyet”: Türkiyəli fotoqraf Məhmət Aslan “Sienna Fotoqrafiya Mükafatının” qalibi oldu

Dünyanın 163 ölkəsindən fotoqrafların iştirak etdiyi nüfuzlu foto müsabiqələrindən “Sienna Fotoqrafiya Mükafatının” qalibləri bəlli olub. Türkiyəli sənətçi Məhmət Aslan “Həyatın çətinliyi” adı  ilə  bilənən  əsəri  ilə  müsabiqinin qalibi olub. Türk rəssam əsərində  suriyalı ata və oğulun həyat hekayəsinə  toxunub.  

 



Әlaqәli Xәbәrlәr