Türkiyə mətbuatı, 30 iyul 2021

Türkiyədə nəşr olan qəzetlərdən “Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Vatan”, bu gün nələr yazır?

1682597
Türkiyə mətbuatı, 30 iyul 2021

“Sabah”: Azərbaycanla Türkiyəni birləşdirəcək dəhliz

Azərbaycanı Türk dünyasına və Türkiyəyə bağlayacaq Zəngəzur dəhlizi kritik əhəmiyyətə malikdir. Bunu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuş deyib. Numan Kurtulmuşun sözlərinə görə dəhliz ilə təkcə Bakı yox, Türkiyə respublikaları da fasiləsiz nəqliyyat imkanlarına qovuşacaq.

“Hürriyet”: Türkiyə Liviyada mübahisəsiz aktyorlardan biridir

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell İspaniyanın El Pais qəzetinə müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, Türkiyə Liviyada önəmli aktyor mövqeyinə sahibdir. Liviyada Türk hərbi dəniz bazalarının olduğuna diqqət çəkib və Bunun Türkiyənin Aralıq dənizi üzərindən reallaşan köçün qarşısının alınmasında təsirli olacağını vurğulayıb.

“Yeni Şafak”: Əfqan köçünə qarşı 3 tədbir

Sərhədlərdə Əfqan köçünə qarşı tədbirlər gücləndirilərkən, Türk Silahlı Qüvvələri (TSQ) üç mərhələli yol izləyəcək. Birinci mərhələ izləmək, nəzarət, patrul, ikinci mərhələdə maneə törətmək, üçüncü mərhələ həbs, deportasiya və qanuni addımları əhatə edir.

Təhlükəsizlik mənbələrinə görə Əfqanıstan qaçqınları ilə bağlı sosial mediada paylaşılan fotoşəkillərin əksəriyyəti Türkiyə sərhədlərində çəkilməyiblər.

“Star”: Yaxın zamanda təbii qazla bağlı yeni müjdə verilə bilər

Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməzin sözlərinə görə Qara dənizdə kəşf edilən təbii qaz ilə Türkiyənin 10 illik istehlakını təmin etmək mümkün olacaq. Təbii qaz axtarma fəaliyyətlərinin davam etdiyini ifadə edən nazir cari ilin sonunda və ya 2022-ci ilin əvvəlində yeni müjdələr paylaşa biləcəylərini qeyd edib.

“Vatan”: Türkiyənin yeni gücü Sancak

ABŞ-nın müdafiə saytı Defense News-da Türkiyənin buraxdığı SANCAK ilə əlaqəli ətraflı məlumat çatdırılıb və sahib olduğu üstün imkanlardan söz aparılıb



Әlaqәli Xәbәrlәr