Türkiyə mətbuatı, 13 iyul 2021
Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.
"Sabah": Ərdoğanın ölkə iqtisadiyyatının inkişafı ilə bağlı mesajı
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından etdiyi müraciətdə " 2021-ci ildә ixrac hәcmini artıraraq rekorda imza atacağıq. 2021-ci ildә Türkiyә iqtisadiyyatının dünyanın әn inkişaf edәn iqtisadiyyatlarından biri olduğunu sübuta yetirәcәyik. Gündәmimizdәki layihәlәri hәyata keçirdiyimizdә böyük vә güclü Türkiyәni inşa etmiş olacağıq.
"Star": Türkiyə bölgədə öz gücünü artırır
Avropa İttifaqı ilə Qərbi Balkanlar və Türkiyə arasındakı İqtisadi və Maliyyə Dialoqu toplantısında maliyyə siyasətlərində güclü əməkdaşlığa dair mesaj yayılıb. Avropa Şurası tərəfindən yayımlanan yekun bəyannamədə toplantının Qərbi Balkanlar və Türkiyəni gələcəkdə Avropa İttifaqına üzv olmağa hazırlamaq məqsədi daşıdığı ifadə edildi.
"Yeni Şafak": İki Türk şirkəti müdafiə sənayesinin nəhəngləri siyahısına daxil oldu
Dünyanın ən prestijli müdafiə sənayesi siyahısı qəbul edilən "Defence News Top 100" siyahısına cari il iki Türk şirkəti daxil oldu. Siyahıda ASELSAN 48-ci, Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) 68-ci yerdə qərarlaşdı.
"Habertürk": Rusiyadan Antalyaya təxminən iki həftədə 307 min 417 turist gəldi
Dünyanın əhəmiyyətli turizm yerləri arasında yer alan Antalya təxminən iki həftədə 1095 uçuşla gələn 307 min 417 rus turisti qonaq etdi.
"Hürriyet": Xarici ölkə vətəndaşlarına mənzil satışında rekord qırıldı
Türkiyədə cari ilin ilk yarısında xaricilərə satılan mənzil sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz artaraq 20 min 488-ə çatarkən, bu rəqəm bütün zamanların ən yaxşı yanvar-iyun rəqəmləri olaraq qeydə alındı.