Türkiyə mətbuat, 04 may 2021
Türkiyə mətbuatında gündəmə dair dərc olmuş xəbərlərin xülasəsi.
Yeni Şafak: Ədalət və inkişaf partiyasının sözçüsü Ömər Çəlikdən Anastasiadisə sərt reaksiya: “Bu hörmətsizliyi olduğu kimi geri qaytarırıq”.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik Kipr Rum İcmasının lideri Nikos Anastasiadisin Türkiyəni hədəfə götürən açıqlamalarına sərt reaksiya verib. Qeyd edib ki, Türkiyə Cümhuriyyətini və millətini hədəfə götürən pərvasız sözləri olduğu kimi Nikos Anastasiadisə geri qaytaarırıq. Çəlik vurğulayıb ki, Avropa İttifaqı Kipr Rum İcmasının alyansı öz oyuncağı kimi görməsini qəbul edəbilirsə, daha deyəcək bir söz yoxdur, onlara xeyirli olsun.
“Hürriyet”: Şimali Kipr Türk Respublikası Prezidenti Ərsin Tatarın Rum icmasının lideri Anastasiadisin ifadəsinə cavabı sərt oldu
27-29 aprel tarixlərində Cenevrədə keçirilən qeyri-rəsmi 5 + BMT yığıncağında Kipr Türk tərəfinin açıqladığı iki bərabər suveren dövlətin işbirliyinə əsaslanan həll təklifinin, Kipr Rum lideri Nikos Anastasiadis tərəfindən 'təkəbbür' olaraq xarekterizə etməsinə, Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTR) prezidenti Ərsin Tatar, “Nikos Anastasiadis təkəbbürün kim olduğunu görmək istəyirsə güzgüyə baxsın” deyə cavab verib.
“Sabah”: “VOLKAN-M” səyyar tank atıcılığı təhsili uğurla reallaşdırıldı
Hərbi Elektron Sənayesi ASELSAN-ın “VOLKAN-M” Atış İdarəetmə Sistemi “M60TM” tankı ilə sınaqdan keçirildi.
Prezident administrasiyası yanında Müdafiə Sənayesi Başçısı İsmail Dəmir, sosial media hesabından bu barədə açıqlama verib. Qeyd edib ki, Türk Silahlı Qüvvələrinin envanterindəki “M60TM “tankların həm müasirləşdirilməsi həm də bütün komponentlərinin milliləşdirilməsi uğurla reallaşdırılıb.
“Vətən”: Avtomobil sənayesi sahəsində ixrac həcmi digər məhsullara müqayisədə ən yüksək seviyyədə reallaşıb.
Avtomobil sənaye sektorunun aprel ayında ixrac həcmi rekord qırıb.
Sektor aprel ayında 2 milyard 465 milyon 647 min dollarlıq ixrac həcmi ilə ən çox məhsul ixrac edən ilk 3 ölkə arasında iştirak edib. Almaniyada sənaye sektorunun müvafiq dövrdə ixrac həcmi 1 milyard 182 milyon dollar olub. Bu ölkəri 1 milyard 33 milyon dollar ilə ABŞ izləyib.
“Star”: Ərdoğana məşhur komediyaçıdan məktub
Fransız komediya aktyoru Dieudonne M'bala, prezident Rəcəb Tayyib Ərdoğana bir məktub ünvanlayaraq siyasi sığınacaq tələb edib.
M'bala məktubda hazırladığı bir skitdə İsrailin Fələstin torpaqlarının işğalını qınadığı üçün 20 ildir böhtana, şantaja və təcridə məruz qaldığına diqqət çəkib.