Türkiyə mətbuatı, 09 fevral 2021

Türkiyə informasiya vasitələrində gündəmə dair dərc olunan xəbərlərdən bəzilərinin xülasəsi

1579792
Türkiyə mətbuatı, 09 fevral 2021

“Vatan”: Prezident Ərdoğan Merkel ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə videokonfrans vasitəsi ilə görüşüb. Prezident Ərdoğan görüş zamanı Türkiyə-Avropa İttifaqı əlaqələrinin irəli pillələrə qaldırılmasını, Martda keçiriləcək zirvə toqlantısı ərəfəsində təmasların artaraq texniki danışıqların aparılmasını təmənni etdiyini vurğulayıb.

“Yenisafak”: “Almaniya mediasında Türkiyənin koronavirus əleyhinə başlatdığı peyvənd tətbiqi yüksək qiymətləndirilib.

Koronavirusdan ölənlərin sayı rekord seviyyədə artan və səhiyyə sistemində problemlər ilə üz-üzə gəlinən Almaniyada böhran gündən-günə böyüyür. Türkiyədə peyvənd kampaniyasının sürətlə davam etməsi isə Almaniya mediyasını təəccübləndirir. Ölkədəki bir çox informasiya vasitəsi Türkiyədə Almaniyadan daha çox insanın peyvənd vurulduğuna və kampaniyanın uğurla davam etdiyinə diqqət çəkir.

“Star”: Szijjarto Avropanın təhlükəsizliyinin Türkiyədən asılı olduğunu bildirib.

Ankarada rəsmi səfərdə olan Macarıstan Xarici işlər naziri Peter Szijjarto, Türkiyə ilə ölkəsi arasında əlaqələrin möhkəmləşdirilməsinə üstünlük verdiklərini qeyd edib və Avropanın köç ilə əlaqəli təhlükəsizliyinin Türkiyədən asılı olduğunu vurğulayıb.

“Səhər”: Antaliyanın Dəmrə qəsəbəsinə axışan Rus turistlər fevral ayında təbiətdən və dənizdən həzz alarkən Aralıq dənizinin dərin mavi sularında üzmək imtiyazından istifadə edirlər.

“Hürriyet”: Yanvar ayında hava limanlarında 5,2 milyon sərnişinə xidmət göstərildi

Yanvar ayında Türkiyə hava limanlarında 5 milyon 227 min 452 sərnişinə xidmət çatdırılıb.



Әlaqәli Xәbәrlәr