Türkiyə mətbuatı, 08 yanvar 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olmuş bəzi xəbərlərin xülasəsi

1560010
Türkiyə mətbuatı, 08 yanvar 2021

“Star”: Albaniya Baş naziri Rama “ASELSAN”-ı ziyarət edib.

Türkiyənin Vitse-prezident Fuat Oktay dünən Türkiyədə səfərdə olan Albaniya Baş naziri Edi Rama ilə Hərbi Elektron Sənayesi “ASELSAN”-a baş çəkib. Qonaq Baş nazir Rama, ziyarəti zamanı verdiyi açıqlamada Türkiyənin texnologiya sənayesini yüksək qiymətləndirib və ASELSAN tərəfindən istehlas edilən texnologiyalardan Albaniyanın şəhər və yollarında yaxın gələcəkdə istifadə etmək istədiklərini vurğulayıb.

“Vətən”: Daxili işlər naziri Süleyman Soylu: “Yunanıstan məsum insanları ölümə məhkum edir. Avropa isə buna biganə qalır”.

 Daxili İşlər naziri Süleyman Soylu dünən Twitter səhifəsindəki açıqlamasında Yunanıstanın nizamsız miqrantları ölümə cəlb etdiyini Avropanın isə buna biganə qaldığını ifadə edərək: “Yunan Sahil Mühafizə xidmətinə mənsub qüvvələr nizamsız miqrantları xilas etmək əvəzinə onları həyatlarını təhlükəyə salaraq Türk ərazi sularına qovurlar”. Soylu Twitter hesabında miqrantların Türk sahil mühafizə qüvvələri tərəfindən xilas edildikləri və onların Yunan ilə bağlı sözlərindən ibarət görüntüləri də paylaşıb.

“Haber Türk”: Nazir Dönməz: “2020-ci ildə Qızıl istehsalı Cumhuriyyət tarixində rekord seviyyə çatıb”

 Enerji və Təbii Qaynaqlar Naziri Fatih Dönməz, Türkiyənin qızıl istehsalının epidemiyaya baxmayaraq ilin sonu etibarı ilə Cumhuriyyət tarixinin rekordunu qıraraq 42 tona çatdığını və bundan 2,4 milyard dollar gəlir əldə edildiyini qeyd edib.

“Yeni Şafak”: təxminən 82 milyon sərnişinin səyahət seçimi Təyyarə olub.

 Dövlət Hava Limanları İdarəsi Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatlarına görə, 2020-ci ildə Türkiyədəki hava limanlarında xidmət verən sərnişin sayı 81 milyon 657 min 70 nəfər olub.

“Sabah”: “Tibb dünyasından Türk doktora mədhlər”

 Marmara Universiteti Tibb Fakültəsi Uşaq Allergiyası İmmunologiyası həkimlərindən Prof. Dr. Əhmət Oğuzhan Özən, “CHAPLE” Sindromunun qəti müalicəsini tapıb. Özən və qrupunun müalicə ilə bağlı məqaləsi tibb dünyasında böyük marağa səbəb olub.



Әlaqәli Xәbәrlәr