Türkiyə mətbuatı, 2 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1519947
Türkiyə mətbuatı, 2 noyabr 2020

Star: "Ərdoğan: İrqçi terror qərb ölkələrində vəba kimi yayılır"
Prezident Rəcəb Tayyib Ərdoğan "Soyqırım: Srebrenitsadan Dersler" mövzulu liderlər zirvəsinə video formatında mesaj göndərib. Ərdoğan "Avropa müsəlmanlarına sistemli olaraq ayrı-seçkilik edilir və hüquq və azadlıqları əllərindən alınır" deyib.
"Haber Türk": Türkiyədən Yunanistana "Navtex" cavabı
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın Türkiyənin "Navtex" elanı ilə əlaqəli açıqlamalarına cavab verib. Aksoy “Yunanistanın maksimalist iddialarına əsaslanaraq hər "Navtex" elanından sonra fəaliyyətimizə etiraz etməsi boş bir səydir. Ölkəmiz bölgədəki fəaliyyətini beynəlxalq hüquqa əsaslanan hüquqları çərçivəsində davam etdirəcək" ifadələrindən istifadə edib. 
"Yeni Şafak": "Ermənistan məğlub olduğunu elan etməlidir"
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bir daha Azərbaycana dəstəyini göstərmək üçün Bakıya səfər edərək Prezident İlham Əliyevin qəbulunda olub. Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibənin davam etməsindən məsul olduğunu söyləyən Əliyev "Ermənistanın məğlub olduğunu elan etməsi, ordularını torpaqlarımızdan çıxarması və masada problemi həll etməsi ən ağlabatan variantdır" deyib.
"Vatan": Türkiyə ilə Azərbaycan arasında enerjidə əməkdaşlıq protokolu
Enerji Bazarı Tənzimləmə Təşkilatı (EPDK) ilə  Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) arasında əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən, hər iki ölkənin elektrik və təbii qaz bazarlarında ardıcıl tənzimləmə bazası yaradılacaqdır.
"Sabah": "Türkiyəyə minnətdarıq"
Hollivud ulduzu Armand Assante "Türkiyəyə qaçqınlara verdiyi dəstəyə görə minnətdarıq" deyib. Assante "Türkiyə ev-eşiyindən edilən milyonlarla insanın yükünü könüllü şəkildə öz üzərinə götürdü. Türkiyə öz sabitliyini risk edib, qaçqınlara qapılarını açdı" deyib.



Әlaqәli Xәbәrlәr