Türkiyə mətbuat, 24 yanvar 2020

“Haber Türk”, “Yeni Şafak”, “Star”,  “Hürriyet” və “Vatan” bu gün nələrdən yazır?

1346450
Türkiyə mətbuat, 24 yanvar 2020

 

“Haber Türk”: Çavuşoğlu “Atəşkəs sürdükcə Liviyaya əlavə əsgər göndərilməyəcək" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyada atəşkəsə riayət edildikcə bu ölkəyə Türkiyədən əlavə əsgər göndərilməyəcəyini bildirib, Liviyada ən əsas meyarın qarşıdurmaların dayanması olduğunu vurğulayıb.

“Yeni Şafak”: Hafterin sərnişin təyyarələrini vurma təhdidi Türkiyənin əlini gücləndirər

  Liviyada Hafter qüvvələri Mitiqa Havalımanını qrad mərmiləri ilə bombalayarkən Trablusa yaxınlaşan sərnişin təyyarələrini vurmağa çalışıb. Bu şərhlərin Türkiyənin əlini gücləndirdiyini bildirən təqaüddə olan pilot general Beyazıt Karataş deyib: "Türkiyə Liviyaya havadan müdafiə sistemləri göndərib. Türkiyə Hava Qüvvələri Hafter hədəflərini rahatlıqla vura biləcək gücdədir. Artıq atəşkəs istəməyən Hafter düşünsün."

“Star”: Stoltenberq “Türkiyənin NATO üzvlüyünün əhəmiyyətini anlamaq məcburiyyətindəyik" dedi

  NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin çox əhəmiyyətli bir NATO müttəfiqi olduğunu vurğulayaraq bildirib: "Türkiyənin NATO üzvlüyünün əhəmiyyətini anlamaq məcburiyyətindəyik. NATO-nun missiya və əməliyyatlarına töhvə verən Türkiyə, eyni zamanda, DAEŞ-ə qarşı əldə etdiyimiz müvəffəqiyyətdə də çox mühüm rol oynadı."

“Hürriyet”: 2019-cu ildə Türkiyənin müdafiə sənayesi və havaçılıq ixracatı 2,4 milyard dollara çatdı

  2019-cu ildə Türkiyənin müdafiə sənayesi və havaçılıq ixracatı əvvəlki illə müqayisədə 35 faiz artaraq 2,4 milyard dollara qalxıb. Ölkənin müdafiə və havaçılıq sektorunda 50 minə yaxın personal çalışır. Türkiyə gələcəyin döyüş təyyarələri, uzun mənzilli hava müdafiə, peyk və mərmiatma sistemlərinə aid məhsullarını inkişaf etdirir və qlobal şirkətlərlə rəqabət aparır.

“Vatan”: Berat Albayrak “Türkiyə iqtisadi olaraq böyük bir dəyişmə müddətindən keçdi" dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ölkənin istehsal baxımından yaradıcı və təşəbbüskar bir xüsusi sektora malik olduğunu bu sözlərlə söylədi: “Yeni iqtisadi sistemin performansı mühüm nəticələr  verir. Bunu faiz nisbətləri və inflyasiyanın düşməsində görə bilirik. Türkiyənin Mərkəzi Bankı Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı (FED) qədər müstəqildir”.



Әlaqәli Xәbәrlәr