Türkiyə mətbuatı, 26 avqust

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi:

1258421
Türkiyə mətbuatı, 26 avqust

"Star": "Türkiyə Kərkükdəki hücumu qınadı"
 
 Türkiyə İraqın Kərkük vilayətində 6 türkmənin həlak olması ilə nəticələnən hücumları qınadı. Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada İraq hökumətinin ölkənin birlik və bərabərliyinin rəmzi olan Kərkükü hədəf alan bu terror aktlarının icraçılarına lazımi cavabı verəcəyinə inanıldığı qeyd edildi.
 
 "Yeni Şəfəq": "İranda Azərbaycan türkcəsi dərsləri başlayır"
 
 İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə yeni tədris ilində Azərbaycan türkcəsi dərsləri keçiriləcək. Şərqi Azərbaycanın Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşa dərslərin 23 sentyabr tarixindən etibarən bəzi məktəblərdə başlayacağını deyərək: "Azərbaycan türkcəsi dərsləri həftədə iki saat veriləcək" dedi.
 
 "Vətən": "Silahlı dron "Sonqar"a bombaatar əlavə olundu"
 
 Türkiyənin ilk milli silahlı dron sistemi "Sonqar"ın sifarişi başladı. Yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq "Sonqar"a avtomatik tüfəngdən sonra bombaatar inteqrasiya edilib.
 
 "Hürriyyət": "Pakdemirli açıqladı: Milyonlarla adam gəldi"
 
 Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli Qurban bayramının da içində olduğu 10-18 avqust tarixlərində mühafizə altında olan təbiət və milli parklara gələn insanların sayının 4 milyon 412 min 418 nəfər olduğunu açıqladı.
 
 "Sabah": ""Bağlılıq Əsli" "Oskar" yolunda"
 
 Semih Kaplanoğlunun "Bağlılıq Əsli" filmi Türkiyənin 92-ci "Oskar" mükafatına namizəd filmo olaraq seçildi. Amerika Birləşmiş Ştatlarında  keçirilən 92-ci Akademiya Mükafatları mərasiminin gələn il fevralda həyata keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr