Türkiyə mətbuatından xəbərlər (25.01.2019)

Vatan: Әrdoğan: ‘‘Suriyada humanitar məqsədlə olan yeganə ölkə Türkiyədir"

1132774
Türkiyə mətbuatından xəbərlər (25.01.2019)

 

Vatan: Әrdoğan: ‘‘Suriyada humanitar məqsədlə olan yeganə ölkə Türkiyədir"

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada humanitar məqsədlə olan yeganə ölkənin Türkiyə olduğunu söylədi.

Ərdoğan Ankarada Quru Qoşunlar üzrə Hərbi Məktəbin “HGM Atlas” və "HGM Kürə” tətbiqlərinin təqdimatı mərasimində iştirak etdi.

“Bizə 780 min kvadratkilometrlik vətən torpaqlarımız bəsdir” deyən Ərdoğan çıxışında Suriya sərhədlərində yaradılması düşünülən təhlükəsiz bölgə ilə əlaqəli olaraq Türkiyənin işğal kimi bir dərdinin olmadığını vurğuladı.

 

Haber Türk: "Çavuşoğlu Venesuela ilә bağlı açıqlama verdi’’

Türkiyәnin Xarici işlər Naziri Mövlud Çavuşoğlu  Venesuelada baş verən son hadisələrlə bağlı  bəzi Latın Amerikası ölkələrinin və ABŞ-ın Venesuelanın daxili işlərinə müdaxilə etdiyini deyib. Çavuşoğlu  Türkiyənin bu çәtin günlәrdә  Venesuelanın iqtisadiyyatına da dəstək verməyə çalışdığını xatırlatdı.

 

Hürriyet: "Türkiyә Silahlı Qüvvәlәri Tel Rıfatdakı 12 obyektә zәrbәlәr endirib’’

 

Türk Silahlı Qüvvələri   Suriyanın şimalındakı Tel Rıfat  bölgәsinin yaxınlığındakı Şeyx İsa və Harbil kəndlərini işğal edən YPG/PKK-ya mәxsus obyektlәrә zәrbәlәr endirib.  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı bölgәsindәki Türkiyә Silahlı Qüvvәlәrinin birliklәri Afrinin cənub-şərqində yerlәşәn Tel Rıfat bölgәsinin Şeyx İsa vә Harbil kәndlәrindәki  YPG/PKK terrorçularına ağır zәrbәlәr endirib.

 

Sabah: "Nazir Berat Albayrak Davosda əhəmiyyətli danışıqlar aparıb"

 

Türkiyәnin  Xəzinə və Maliyyə naziri Berat Albayrak  İsveçrənin Davos qəsəbəsində keçirilən 49-ci Dünya İqtisadi Forum çәrçivәsindә  Fransa Maliyyə naziri Bruno Le Maire və Almanya İqtisadiyyat və Energetika naziri Peter Altmaier ilə bir araya gəldi. Görüşlərdə Türkiyə ilə sözügedən ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsinin aparıldığı bildirilib.

 

Star: " Afyon lokumu 50 ölkәyә  ixrac edilir"

Türkiyәnin Afyonkarahisar şәhәrindә fәaliyyәt göstәrәn bir firma  ənənəvi üsullarla vә müasir texnologiyalarla hazırladığı 300 növ Afyon lokumunu 50 ölkәyә ixrac edir.

Firmanın ixracat müdiri  Mərvə Çakıcı deyib:  " "Afyonkarahisardan 4 qitədə 50 ölkəyə lokum ixrac edirik. Ən çox ixrac etdiyimiz yerlər isə hazırda Avropa və Körfəz ölkələridir. Bu ölkələrə daha çox fındıqlı, Antep fıstıqlı, badamlı və meyvə ətirli lokum göndəririk. 



Әlaqәli Xәbәrlәr