Oteldə baş verən yanğında həyatını itirənlərin sayı 76-ya çatıb
Daxili işlər naziri Əli Yerlikaya yanğının baş verdiyi bölgədə açıqlama verib
2233104

Bolu Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğın sonrası hadisə yerinə gedən nazirlər arasında olan Daxili işlər naziri Əli Yerlikaya yanğının baş verdiyi bölgədə açıqlama verib. Yanğında 76 nəfərin vəfat etdiyini bildirən nazir hadisə ilə bağlı 9 nəfərin həbs edildiyini deyib.
Əli Yerlikaya inzibati araşdırmanın ən gec 10 gün ərzində tamamlanacağını qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan yanğın faciəsi səbəbindən 1 günlük ümummilli matəm elan edildiyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr

İraqın şimalında 8 terrorçu daha zәrәrsizlәşdirilib
Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib