Türk Silahlı Qüvvələri daha bir uğurlu antiterror əməliyyatı keçirib

Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb

2232154
Türk Silahlı Qüvvələri daha bir uğurlu antiterror əməliyyatı keçirib

 

Türk Silahlı Qüvvələri davamlı və hərtərəfli əməliyyatlarla terroru mənbəyində məhv edir.

Son olaraq, İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb. Bildirilib ki, İraqın şimalındakı "Pəncə Kilidi" əməliyyatı bölgəsində 3 PKK terrorçusu, Suriyanın şimalındakı "Sülh Çeşməsi" bölgəsində isə 1 PKK/YPG terrorçusu müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik açıqlamasında "Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs alma imkanı tanımır" ifadəsi işlədilib. "Əziz vətənimizi terror bəlasından xilas etmək üçün mübarizəmizi böyük bir iradə və qətiyyətlə davam etdiririk, etdirəcəyik", – deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr