Suriyanın şimalında 20 PKK/YPG terrorçusu zərərsizləşdirilib
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib
2229034
Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 20 üzvü zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda Suriyanın şimalında 20 PKK/YPG terrorçusunun aşkarlandığı qeyd edilib. Terrorçuların silahlı pilotsuz uçuş aparatları ilə keçirilən əməliyyat nəticəsində zərərsizləşdirildiyi bildirilib.
''Harada olurlarsa olsunlar, terror təşkilatlarına qarşı mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, - deyə bəyanatda vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan ŞKTC və Rumıniyanın xarici işlər nazirləri ilə görüşüb
Xarici işlər naziri Hakan Fidan Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.