İraqın şimalında terrorçular uğurlu əməliyyatla zərərsizləşdirildi
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə...
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu əməliyyatlarına yenisini əlavə etdi.
PKK/KCK terror təşkilatının üzvləri "Mitra Mani" kod adlı Zeynəb Aslan və "Ekin Dilda" ləqəbli Zəliha Mahçup İraqın şimalındakı Hakurk bölgəsində zərərsizləşdirildi.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT terror təşkilatının silahlı qadın təşkilatlanması daxilində fəaliyyət göstərən Z.Aslan və Z.Mahçupun Türkiyədəki strateji hədəflərə hücum etmək üçün təlim keçdiklərini öyrəndi.
Sərhədi keçmək üçün hazırlıq gördükləri müəyyənləşdirilən terrorçuları izləyən MİT onları Hakurkda təşkil etdiyi əməliyyatla zərərsizləşdirdi.
Hər iki nəfərin terror təşkilatına 2015-ci ildə qoşulduğu qeyd edildi.
Әlaqәli Xәbәrlәr
R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup iclasında çıxış etdi
Rəcəb Tayyib Ərdoğan çıxışında İsrailin hücumlarına da toxundu
Hakan Fidan Ankarada iki mühüm qonağı qəbul edib
Xarici işlər naziri Hakan Fidan paytaxt Ankarada iki mühüm qonağı qəbul edib.