Yaşar Gülər Sarıqamış Hərəkatının 110-cu ildönümündə şəhidləri rəhmət, minnət və ehtiramla yad edib

Türkiyə Milli müdafiə naziri Yaşar Gülər Sarıqamışda göstərilən mübarizə ruhunun türk millətinin milli və mənəvi dəyərlərini qorumaq üçün nələrə hazır olduğunu ən açıq şəkildə göstərdiyini vurğulayıb

2227148
Yaşar Gülər Sarıqamış Hərəkatının 110-cu ildönümündə şəhidləri rəhmət, minnət və ehtiramla yad edib

 

Türkiyə Milli müdafiə naziri Yaşar Gülər Sarıqamışda göstərilən mübarizə ruhunun türk millətinin milli və mənəvi dəyərlərini qorumaq üçün nələrə hazır olduğunu ən açıq şəkildə göstərdiyini vurğulayıb. 

Yaşar Gülər Sarıqamış Hərəkatının 110-cu ildönümü münasibətilə yayınladığı mesajında tarixdə və cəmiyyətin yaddaşında dərin izlər buraxan, bir o qədər də hüznlü dastanın səbəbi olan hərəkatda şəhid olanları rəhmət, minnət və ehtiramla yad etdiyini bildirib. 

Millətin milli və mənəvi dəyərləri uğrunda canlarını fəda edən, qanlarını tökən şəhid və qazilərin yüksək qəhrəmanlıq və fədakarlığını daim minnətdarlıq hissi ilə xatırlayacağını, onların xatirəsini əbədi yaşadacağını ifadə edən nazir belə deyib: "Sarıqamışda sərt qış şəraitinə və hər cür çətinliyə baxmayaraq göstərilən mübarizə ruhu türk millətinin milli və mənəvi dəyərlərini qorumaq üçün ürəyindəki iman alovu ilə nələrə hazır olduğunu ən açıq şəkildə nümayiş etdirir." 

O, əziz şəhidlərin fədakarlığı və misilsiz vətən sevgisindən ilham alan şanlı Türk ordusunun Türkiyəyə yönələcək təhdid və təhlükələri dəf etmək, qüdrətli millətin hüquq və mənafelərini qorumaq üçün mübarizəsini bütün gücü ilə davam etdirdiyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr