Türk Hava Yolları Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq
Türk Hava Yolları yanvar ayından Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq
2220429
Türk Hava Yolları yanvar ayından Liviyanın Benqazi şəhərinə uçuşlara başlayacaq.
Bu barədə THY-nin baş direktoru Bilal Ekşi rəsmi internet səhifəsində etdiyi paylaşımda məlumat verib. Tripoli şəhərinə uçuşların davam etdiyini qeyd edən Bilal Ekşi Benqazi şəhərinə uçuşların 2025-ci il yanvarın 14-dən etibarən başlayacağını və həftədə 3 dəfə həyata keçiriləcəyini bildirib.