Ərdoğan Sudanda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb

Görüşdə Türkiyə ilə Sudan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub

2220333
Ərdoğan Sudanda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb

 

Prezident Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan ilə telefon danışığı aparıb. Görüşdə Türkiyə ilə Sudan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub. 

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Somali ilə Efiopiya arasındakı münaqişənin həlli üçün rəsmi Ankara prosesini başladığını və əldə edilən razılaşmanın regionda sülhün bərqərar olması üçün mühüm töhfə verdiyini bildirib. 

Ərdoğan həmçinin, Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı anlaşılmazlıqların həlli üçün Türkiyənin vasitəçilik edə biləcəyini, Sudanda sülh və sabitliyin təmin olunmasının, ərazi bütövlüyü və suverenliyin qorunmasının ölkənin xarici müdaxilələrə meydan açmamasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb. Prezident Ərdoğan əlavə edib ki, Suriyanın xalqı 13 illik humanitar böhrandan sonra öz gələcəyinə qərar vermək mərhələsinə çatıb. Türkiyə bu prosesə dəstək göstərəcək, Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasını müdafiə edəcək. Keçici hökumətin əhatəli, inklüziv və düzgün addımlar atması, Suriya xalqına xidmət etməsi və qonşularına təhlükə yaratmaması üçün bu dəstək davam etdiriləcək.



Әlaqәli Xәbәrlәr