Rəcəb Tayyib Ərdoğan və Entoni Blinkenlə görüşüb
Görüşdə regional əməkdaşlıq və Suriyanın ərazi bütövlüyü, birliyi və quruluşunun qorunması kimi mövzular müzakirə edilib.
2220051
![Rəcəb Tayyib Ərdoğan və Entoni Blinkenlə görüşüb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/6ec4/1b73/80ba/675bbdd0a5dc3.jpg?time=1737628561)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüşdə regional əməkdaşlıq və Suriyanın ərazi bütövlüyü, birliyi və quruluşunun qorunması kimi mövzular müzakirə edilib.
Ankarada keçirilən görüşdə həmçinin fələstinlilərə humanitar yardımın artırılması üçün Qəzzada təcili atəşkəs və məhbus mübadiləsinin zəruriliyi də gündəmə gəlib.
Ərdoğan Suriyanın ərazi bütövlüyünə sadiqliyini bir daha vurğulayıb və PKK/PYD/YPG və DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini qeyd edib.