Rəcəb Tayyib Ərdoğan Tamaş Şuyok və Viktor Orbanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Macarıstan Prezidenti Tamaş Şuyok və Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

2220010
Rəcəb Tayyib Ərdoğan Tamaş Şuyok və Viktor Orbanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Macarıstan Prezidenti Tamaş Şuyok və Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Məlumata görə, Prezident Ərdoğan Macarıstan Prezidenti Tamaş Şuyoku rəsmi mərasimlə qarşılayıb. Liderlər arasında baş tutan görüş mətbuata qapalı keçirilib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə ilə Macarıstanın əməkdaşlığını artırmaq və iki ölkə arasında siyasi, iqtisadi və mədəni birliyi gücləndirmək üçün çalışdıqlarını qeyd edib.

Prezident Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin canlanmasında Macarıstanın Türkiyə ilə həmrəyliyinin əhəmiyyətini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin  Suriya xalqının ölkələrini yenidən qurmaq üçün başlayacağı yeni prosesi dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə, xarici işlər naziri Hakan Fidan, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.



Әlaqәli Xәbәrlәr