Mehmet Fatih Kacır TBMM ümumi iclasında nazirliyinin büdcə müzakirələrində çıxış edib
"Hansı sistemlər əsirgənirsə, hansı məhsullar verilmirsə, Türkiyə onların daha yaxşısını öz imkanları ilə istehsal edəcək", M.F.Kacır
Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müdafiə sənayesindəki milli və yerli texnologiyaların Türkiyəni dünya lideri etdiyini bildirib. O Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında nazirliyinin büdcə müzakirələrində çıxış edib.
Müdafiə sənayesində yerli və milli istehsala diqqət çəkən Kacır sanksiyalara baxmayaraq Türkiyənin yeni nəsil aviasiyada dünya lideri olduğunu vurğulayıb.
Nazir Kacır deyib: “Hər kəs bilsin ki, hansı sahədə gizli və ya açıq sanksiya tətbiq olunursa, Türkiyə o sahədə daha böyük işlər görəcək. Hansı sistemlər əsirgənirsə, hansı məhsullar verilmirsə, Türkiyə onların daha yaxşısını öz imkanları ilə istehsal edəcək. Türk milləti artıq “Bayraktar”, “AKINCI” və “KIZILELMA” ilə yeni nəsil aviasiyada dünya lideridir.”
Türkiyənin kosmik tədqiqatlardakı addımlarını izah edən Kacır əlavə edib: “Aya çata bilən azsaylı ölkələr arasına daxil olmağımızı təmin edəcək milli hibrid mühərrikimiz sınaqları uğurla tamamladı. Kosmik sənayemizi inkişaf etdirəcək addımlarla qlobal iqtisadiyyatdan alacağımız payı artıracağıq.”
Әlaqәli Xәbәrlәr
THY İstanbul-Benqazi reyslərini bərpa edib
THY-nin təyyarəsi səhər saatlarında İstanbul hava limanından Benqaziyə uçmaq üçün yola düşüb.