Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb
Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb
Türkiyənin milli qırıcı təyyarəsi “Kaan”ın 3-cü uçuşu üçün testlər uğurla davam edir.
Yerli döyüş təyyarəsi “Kaan” aviasiyada "afterburner" kimi tanınan əlavə yanma qurğusunu işə salıb. Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb.
“Kaan” 21 fevral tarixində ilk uçuş testini uğurla tamamlamışdı. İkinci uçuşunu 6 may tarixində həyata keçirən təyyarə havada qaldığı 14 dəqiqə ərzində 10 min fut yüksəkliyə qalxaraq 230 knot sürətə çatmağı bacarıb.
Әlaqәli Xәbәrlәr
Türkiyənin terrorla mübarizəsi davam edir
İraqın şimalında və Suriyada bölücü terror təşkilatı PKK-nın 6 terrorçusu zərərsizləşdirilib.
MİT terror aktının məsul şəxslərindən birini Suriyada ələ keçirib
Onun Reyhanlı hücumunun planlaşdırıcıları arasında yer aldığı məlum idi