“Baas rejiminin sona çatması ilə Suriyada sülhə qapılar açıldı”, R.T.Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qanlı Baas rejiminin sona çatması ilə Suriyada sülh və təhlükəsizliyə qapılar açıldı” deyə bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qanlı Baas rejiminin sona çatması ilə Suriyada sülh və təhlükəsizliyə qapılar açıldı” deyə bildirib.
Ərdoğan deyib: “Qapımıza gələnlərdən soruşduqmu “Sən türksən, ərəbsən, yoxsa kürdsən?” Soruşmadıq. Bizdən kömək istəyənlərə soruşduqmu “Müsəlmansan, xristiansan, yəhudisən?” Soruşmadıq. Türkiyəyə sığınanlara “Ağsan, yoxsa qara?” deyə soruşduqmu? Soruşmadıq. Biz ehtiyacı olanlara kimliyindən, inancından, dərisinin rəngindən asılı olmayaraq təkcə ölkəmizin deyil, həm də qəlbimizin qapılarını açmışıq.
Suriya bir ölkə və millət olaraq bəşəriyyət sınağından uğurla çıxan yerlərdən biri oldu. Ölkədə sülh mühiti kök saldıqca könüllü qayıdışları - Türkiyəyə gələn suriyalıların vətənlərinə dönüşü artacaq”.
Әlaqәli Xәbәrlәr
Türk Silahlı Qüvvələri bir uğurlu antiterror əməliyyatı daha keçirib
Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb