"Suriyanın ərazi bütövlüyünün qorunması Türkiyənin prioritetlərindən biridir", N.Kurtulmuş

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Suriyanın ərazi bütövlüyünün qorunmasının Türkiyənin prioritetlərindən biri olduğunu bildirib.

2219475

Numan Kurtulmuş paytaxt Ankarada keçirilən 15-ci Səfirlər Konfransında çıxış edib.

61 illik Bəəs rejiminin devrilməsindən sonra Suriyanın ərazi bütövlüyünün qorunmasının Türkiyənin prioritetlərindən biri olduğunu bildirən Kurtulmuş deyib:
"Konstitusiya quruluşu ilə demokratik Suriyanın qurulmasını görmək istəyirik. Suriya başda olmaqla yaxın coğrafiyamızda terrordan azad bir coğrafiyanın qurulması Türkiyənin gələcəyi üçün də önəmlidir. Türkiyə nümunəvi demokratiyası ilə öz bölgəsində nümunə olacaq təcrübəyə sahibdir. Suriyalıların dinc və təhlükəsiz şəkildə qayıtması əsas prioritetlərimizdən biridir".

Fələstin məsələsinin Türkiyə üçün də milli bir məsələ olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri “Bu məsələni sona qədər müdafiə etmək bizim borcumuzdur” deyib.

Әlaqәli Xәbәrlәr