Türkiyə, Rusiya və İran nazirləri Suriya ilə bağlı birgə bəyanat verdi
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Qətərin paytaxtı Dohada bir araya gəldilər
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Qətərin paytaxtı Dohada bir araya gəldilər.
Astana formatında keçirilən görüşdə Suriyada siyasi prosesin yenidən başlanmasının, ölkənin suverenliyi və ərazi bütövlüyünün vacibliyi vurğulanıb.
İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.
Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Astana formatında keçirilən görüşündən sonra birgə bəyanat verilib. Sənəddə Suriya böhranının siyasi həlli, böhranın davam etməsinin ölkə, region və beynəlxalq təhlükəsizlik üçün riskli bir proses olduğu qeyd edilib. Bildirilib ki, bütün tərəflər hərbi əməliyyatların dayandırılmasına və mülki əhalinin bu böhranın təsirlərindən qorunmasına səbəb olacaq siyasi həll yolu axtarmalıdır.
Әlaqәli Xәbәrlәr
Türk Silahlı Qüvvələri bir uğurlu antiterror əməliyyatı daha keçirib
Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb