Türkiyə XİN Cənubi Kiprin silahlanma fəaliyyətini sürətləndirməsinə sərt reaksiya verib

Xarici İşlər Nazirliyindən verilən bəyanatda, Cənubi Kiprin silahlanma fəaliyyətini artırdığı qeyd olunub

2217942
Türkiyə XİN Cənubi Kiprin silahlanma fəaliyyətini sürətləndirməsinə sərt reaksiya verib

Türkiyə Cənubi Kipr Rum Administrasiyasının son günlərdə silahlanma fəaliyyətini sürətləndirməsinə sərt reaksiya verib. Xarici İşlər Nazirliyindən verilən bəyanatda, Cənubi Kiprin silahlanma fəaliyyətini artırdığı qeyd olunub.

“Bu mövzuda Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada qeyd olunan fikirləri bölüşürük. Xatırlatmaq istərdik ki, Cənubi Kipr Rum Administrasiyasının izlədiyi bu yanlış siyasət bölgəmizin sabitliyini və sülhünü daha da pisləşdirə və adada silahlanma yarışına başlaya bilər”,-deyə bəyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr