Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş Suriya məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.

2217517

Məlumata görə, görüşdə regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə prezidenti söhbət zamanı Suriya münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. R.T. Ərdoğan bildirib ki, Türkiyənin ən böyük arzusu Suriyanın sabit yaşaması və mülki itkilər verməməsidir.
Türkiyə prezidenti hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmasının vacibliyini qeyd edib, 
Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə gərginliyin azaldılması, mülki şəxslərin müdafiəsi, siyasi proseslərə zəmin yaradılması üçün səylər göstərir və bundan sonra da göstərməyə davam edəcək.

Әlaqәli Xәbәrlәr