Milli Təhlükəsizlik Şurasının iclasında gündəmdəki mövzular müzakirə olunub
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra bəyanat yayılıb.
Milli Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasına hər zaman güclü dəstək verdiyini və lazım olan bütün töhfələri verməyə hazır olduğunu bildirdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra yayılan bəyanatda deyilir:
"Suriyada baş verən son hadisələrin (hökümət qüvvələri ilə onların əleyhdarları arasında münaqişələr) mülki əhalinin həyat və əmlak təhlükəsizliyinə zərər vurmasının qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi vacibdir.
Yığıncaqda hökumət qüvvələrinin öz xalqı və müxalifəti ilə güzəştə getməli olduğu bir daha görüldüyü, ölkəmizin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına hər zaman güclü dəstək verdiyi ifadə edildi. Həmçinin qeyri-sabitlik mühitindən istifadə etməyə çalışan terror təşkilatlarına əsla baş əyməyəcəyimiz dilə gətirildi".