Türkiyə prezidenti rusiyalı həmkarı ilə Suriyanı müzakirə etdi
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti xəbər verir ki ...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Suriyadakı vəziyyəti müzakirə edib.
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti xəbər verir ki, rəsmi Ankara PKK terrorçuları və onun Suriya qanadı ilə mübarizədə qətiyyətlidir.
R.T.Ərdoğan Türkiyənin Suriyadakı münaqişənin ilk günündən qonşu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini, eyni zamanda bu dövlətdəki fikir ayrılıqlarının ədalətli və uzunmüddətli həllinə töhfə verməyə çalışdığını xatırladıb. Onun sözlərinə görə, indiki vəziyyətdə böhrandan çıxmaq üçün daha çox diplomatik səylərin göstərilməsi vacibdir.
Türkiyə lideri Suriyada bundan sonra sabitliyin pozulmasının yolverilməzliyinə işarə edərək bu ölkədəki son hadisələr fonunda dinc əhalinin təhlükəsizliyinin qorunmasını prioritet mövzu adlandırıb. Siyasətçi əmin edib ki, rəsmi Ankara Suriyada vəziyyətin yaxşılaşdırılması üçün bütün mümkün addımları atır.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan ŞKTC və Rumıniyanın xarici işlər nazirləri ilə görüşüb
Xarici işlər naziri Hakan Fidan Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.