Türkiyə Cənubi Koreyada baş verənləri izlədiyini açıqlayıb

Türkiyə Cənubi Koreyada baş verənləri izlədiyini açıqlayıb və bu ölkədəki Türkiyə vətəndaşlarına diqqətli olmaları və izdihamdan uzaq olmaları barədə xəbərdarlıq edib.

2216759
Türkiyə Cənubi Koreyada baş verənləri izlədiyini açıqlayıb

Türkiyə Cənubi Koreyada baş verənləri izlədiyini açıqlayıb və bu ölkədəki Türkiyə vətəndaşlarına diqqətli olmaları və izdihamdan uzaq olmaları barədə xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyinin Dəstək səhifəsi, "X" sosial media platformasında Türkiyənin Seul səfirliyinin məlumatını paylaşıb.

Paylaşımda bildirilib ki, Cənubi Koreyadakı hadisələr yaxından təqib edilir. Vətəndaşlar gündəlik həyatlarında diqqətli olsunlar və izdihamdan uzaq dursunlar. Hər hansı problemlə üzləşən və ya köməyə ehtiyacı olan vətəndaşlar Səfirliyimizə "01037801266" növbətçi telefon nömrəsi ilə müraciət edə bilərlər.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.
dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb və Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.

Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib.



Әlaqәli Xәbәrlәr