NATO Daimi Dəniz İş Qrupu-2 Komandanlığı Türkiyəyə keçdi
Təhvil-təslim mərasimi Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı Aksaz Dəniz Baza Komandanlığında təşkil olundu
2216645
NATO Daimi Dəniz İş Qrupu-2 Komandanlığı Kanadadan Türkiyəyə keçdi.
Təhvil-təslim mərasimi Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı Aksaz Dəniz Baza Komandanlığında təşkil olundu.
Kontr-admiral İlker Avcı 6 ay müddətində alyansın Daimi Dəniz İş Qrupu-2-yə komandirlik edəcək.
6 aydan sonra Türkiyə NATO Daimi Dəniz İş Qrupu-2 komandanlığını İtaliyaya təhvil verəcək.
Qeyd edək ki, alyansın Aralıq dənizindəki daimi dəniz qüvvəsi təxminən 52 ildir Aralıq dənizində NATO-nun çəkindirici gücünü təmin edir, hərbi təlimlər və manevrlər təşkil etməklə 32 üzv ölkə arasında əməkdaşlığı təkmilləşdirir.
Әlaqәli Xәbәrlәr
Türk Silahlı Qüvvələri bir uğurlu antiterror əməliyyatı daha keçirib
Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb