Türkiyənin terrorla mübarizəsi davam edir

28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatında 5 PKK terrorçusu zərərsizləşdirilib.

2216507
Türkiyənin terrorla mübarizəsi davam edir

28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatında 5 PKK terrorçusu zərərsizləşdirilib. Suriyanın şimalında "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat bölgələrində də 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada bildirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Türkiyə Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı yuvasında vurmağa davam edir. 28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində Metina bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terroru mənbəyində aradan qaldırmağa qərarlı, qətiyyətli və qadirik!”- deyə bildirilib.

Nazirlikdən verilən digər açıqlamada isə "Terrorçular onları gözləyən sondan qaça bilməz və qaçmayacaq da! Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Harada olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçuya qədər davam edəcək!" ifadələrindən istifadə edilib.



Әlaqәli Xәbәrlәr