"Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan hərbçi şəhid olub
Milli Müdafiə Nazirliyi noyabrın 16-da "Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan piyada mütəxəssisi çavuş Eren Kızıldağın (25) aparıldığı xəstəxanada şəhid olduğunu bildirib.
Milli Müdafiə Nazirliyi noyabrın 16-da "Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan piyada mütəxəssisi çavuş Eren Kızıldağın (25) aparıldığı xəstəxanada şəhid olduğunu bildirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada 16 noyabr 2024-cü il tarixində "Pəncə- Kilid" əməliyyatı bölgəsində bölücü terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində ağır yaralanan və Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam etdirilən piyada mütəxəssisi çavuş Eren Kızıldağın həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, Türkiyə Milli Müdafiə naziri Kızıldağın ailəsi və türk millətinə başsağlığı verib və səbr diləyib.
Әlaqәli Xәbәrlәr
Robert Fiço paytaxt Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək
İki lider görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək
Türkiyə XİN 20 Yanvar ilə əlaqəli paylaşım edib
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar ilə əlaqəli paylaşım edib.