Türkiyənin 5 illik Xalq Diplomatiyası Strategiya Sənədi
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin dərc etdiyi sənəddə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ön söz məktubu da yer alır
5 illik Türkiyə Xalq Diplomatiyası Strategiya Sənədi nəşr olundu.
Sənəd Türkiyənin xalq diplomatiyası ilə bağlı strateji məqsəd və vəzifələrini əhatə edir.
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin dərc etdiyi sənəddə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ön söz məktubu da yer alır.
Giriş məqaləsində xalq diplomatiyasının əhəmiyyətinə diqqət çəkən Ərdoğan yazıb: “Yumşaq güc anlayışı ətrafında formalaşan və nüfuzu günü-gündən artan xalq diplomatiyasına əhəmiyyət veririk.
Humanitar diplomatiyadan turizm, ticarət, müdafiə, təhsil və səhiyyə diplomatiyasına qədər hər sahədə bütün qurumlarla yüksək səviyyədə işlər görürük.
“Mərhəmətli bir güc” olaraq mövqe tutan Türkiyə bölgədə və dünyada məzlumlara, qurbanlara və ehtiyacı olanlara yardımlar edir. Müharibədən, şiddətdən, terrordan qaçan milyonlarla insana dəstək olduq. Heç bir ayrı-seçkilik olmadan münaqişələrə həll yolları tapmağı davam etdiririk”.
Türkiyə milli gəlirlə müqayisədə humanitar yardım baxımından dünyada birinci yeri tutur.
Səylərimiz “Türkiyə əsri”nin həm də “Ünsiyyət əsri” olmasıdır.
İnanıram ki, Türkiyə Xalq Diplomatiyası Strategiya Sənədi ölkəmizin yumşaq güc potensialını artıracaq, xalq diplomatiyasına yeni nəfəs gətirəcək, sürətlə dəyişən dövlətlərarası münasibətlərə uyğunlaşma səylərimizə töhfə verəcək”.